Əqd limiti

Deal limit Hər bir əqd üzrə treyderlərin maksimal ticarət məbləği
Əks-REPO müqaviləsi
Əlaqəli (aidiyyəti, afilə edilmiş) şəxslər
OBASTAN VİKİ
Əqd
Əqd — mülki hüquq elminə görə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına yönələn birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradənin ifadəsi. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur. əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir. əqd hüquqa uyğun hərəkətdir əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir. əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Əqd fiziki və hüquqi şəxslərin mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkət kimi çıxış edir. Məsələn, alqı-satqı müqaviləsinə görə, vətəndaş özünə məxsus olan minik avtomobilini qonşuya satır. Bunun nəticəsində vətəndaş minik avtomobili üzərində mülkiyyət hüququnu itirir, qonşu isə həmin avtomobil üzərində mülkiyyət hüququ qazanır. Bundan əlavə, bu müqavilə vətəndaş üçün minik avtomobilini qonşuya vermək kimi, alıcı üçün isə minik avtomobilinin pulunu ödəmək kimi vəzifə əmələ gətirir.
Danbar limiti
İnsanın davam etdirə biləcəyi sosial münasibətlər limiti təxmini olaraq 150 ətrafındadır. Buna Danbar limiti deyilir. İngilis antropoloqu Robin Dunbar tərəfindən üzə çıxarılmış bu limit, qısa olaraq bir insanın maksimum sayda insanlarla qura və davam etdirə biləcəyi sayı göstərir. Bundan artıq şəxslərlə münasibətlərdə ola bilməməyimizin səbəbi isə tamamilə genlərimiz ilə əlaqədardır. Bu say, insan beyninin neokorteks həcminin bir funksiyasıdır. Danbarın primatlar üzərində apardığı təcrübələr nəticəsində formalaşdırdığı bu formula görə əsasən insanlar üçün 147,8 olan bu say, təbii ki, stabil bir limit deyildir. 100 ilə 230 arasında dəyişə bilər. Aparılmış tədqiqatlar göstərir ki, 150-dən sonra qrupun üzvləri bağlılıq hisslərini itirirlər. Sosioloqlar 150- 200 ətrafında kritik bir həddin mövcudluğunu 1950-ci illərdən bilirlər. Bu limit sadə şəkildə desək, hər hansı bir qrupda sağlam və bərabər şəkildə davam etdirilə biləcək normal nevroloji sərhəddir.

Значение слова в других словарях